Xəbərin Kateqoriyası: ---

Yaponlar əzələli robot ixtira etdilər

Tokio universitetinin mütəxəssisləri siçovulların canlı əzələ parçalarından, karkas metaldan və plastik materialdan yeni biohibrid robot hazırlayıblar. 

Den.Az xəbər verir ki, “Science Robotics” jurnalında yayımlanan məlumata görə, robot insan barmağının hərəkətlərini imitasiya edir, kiçik əşyaları yerləşdirə bilir.

Robotun əzələləri elektrik cərəyanının vasitəsilə sıxılır. Barmaqların insandakı kimi hərəkətini təmin etmək üçün mütəxəssislər qoşalaşmış əzələlər sayılan aqonistov və antaqonistovdan istifadə ediblər. 

Yeni robotun oynaqları 90 dərəcə bükülmək qabiliyyətinə malikdir və bu da çətin proseslərin öhdəsindən gəlməkdə ona kömək edir. 

Bununla yanaşı, canlı parçalarda müyyən məhdudiyyətlər var: misal üçün, qurğu yalnız suda işləyə bilər, çünki daimi hərəkət zamanı əzələlər tez sıradan çıxır. Hazırda bu əzələlərin həyat müddəti bir həftədən çox deyil.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız