Xəbərin Kateqoriyası: ---

Ləzzətli meşə tortu - RESEPT

Çiyələk, böyürtkən, gilənar sevirsiniz? Əgər bu meyvələri sevirsinizsə, onların hamısından istifadə edərək tort bişirə bilərsiniz. Den.Az ailem.az-a istinadən ləzzətli meşə tortunun reseptini verir.

Lazım olanlar:

4 ədəd yumurta
2 xörək qaşığı kərə yağı

Bir stəkan şəkər tozu
Yarım stəkan qatıq
1 stəkan yarım un
Bir paket qabartma tozu
Bir paket vanil
Yarım paket kakao

Kremi üçün:
 

Yarım paket süd
Yarım stəkan şəkər tozu

1 ədəd yumurta sarısı
2 xörək qaşığı un
1 xörək qaşığı nişasta
1 paket vanil

İçi üçün:
 

Bir kasa böyürtkən
Bir kasa çiyələk

Bir kasa vişnə

Üzəri üçün tünd şokolad

Hazırlanması:

Yumurta və şəkər tozunu dərin bir qabın içində köpüklənənə qədər qarışdırın. Daha sonra digər vəsaitləri içinə tökün və taxta qaşıqla qarışdırın. Hazırlanan keks xəmirini qəlibin içinə tökərək, 180 dərəcəlik sobada qabarana qədər bişirin.

Kremi üçün:

Bütün verilənləri bir qazanda qarışdırın. Daha sonra ocağa qoyub krem halına gələnə qədər bişirin və soyumağa qoyun.  

İçinə qoyacağınız meyvələri kiçik parçalar halında doğrayın. Üstünə isə meyvələri bütün halda qoya bilərsiniz. Bişən keksi ortadan ikiyə bölün. İçinə hazırladığınız kremin hamısını tökün. Amma kənarlara çıxmamasına diqqət edin. 

Sonra doğradığınız meyvələri arasına yığıb, keksin digər hissəsini üzərinə yerləşdirin. 

Tortun üzərini meyvə və əridilmiş şokoladlarla bəzəyin.

Nuş olsun!

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız