24 
iyl
2023
11:32
154

Qubad İbadoğlunun saxta 40 min dolları satmaq istədiyi Anar Əliyev kimdir? – Qızı danışdı

24 iyl, 2023
11:32
154

Qubad İbadoğlunun saxta 40 min dolları satmaq istədiyi Anar Əliyev kimdir? – Qızı danışdı

Türkiyənin AK Partiya iqtidarına yaxın “Yeni Şafak” saytı Azərbaycandakı FETÖ həbslərindən yazıb. 
 
Den.az-ın məlumatına görə, “Yeni Şafak” saytında qeyd olunur ki, saxlanılanlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.
 
“Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir FETÖ təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istədikləri müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, tədris mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib”, –  “Yeni Şafak” yazıb.
 
Dünən, 23 iyul tarixində saxlanılan Qubad İbadoğlunun qızı Jalə Bayramova atasının saxlanılması ilə bağlı bir sıra açıqlamalar verib.
Jalə Bayramova qeyd edib: “Ofisin içindən guya 40 min dollar pul çıxarıblar, pulun saxta və ya gerçək olduğu bilinmir. Təbii ki, onu özləri yerləşdiriblər”.
 
Jalə Bayramova daha sonra atasının xəstə olduğunu, dərmanları ona çatdıra bilmədiklərini qeyd edib: “Atam xəstədir, dərmanlarını soruşur və dərmanlarına ehtiyacı var. Saat 1-2-dən bəri saxlanılıb, dərmanlarını ata bilməyib. Biz ondan çox narahatıq”.
 
Jalə Bayramova həmçinin bildirib ki, Qubad İbadoğlu xəbərdə adı çəkilən Anar Əliyevə saxta dollar satmaqda ittiham olunur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar