avq
2023
00:25
174

Xaçmazda yol qəzası olub, xəsarət alanlar var-FOTO

1 avq, 2023
00:25
174

Xaçmazda yol qəzası olub, xəsarət alanlar var-FOTO

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun,  Xaçmaz şəhərinin Bakı prospektindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Den.az”ın Şimal bürosunun xəbərinə görə, "Mercedes" markalı minik avtomobili ilə "VAZ-21014" markalı minik maşınının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Qayıbov Vüsal Bəxtiyar oğlu, 2000-ci il təvəllüdlü Yaqubov Süleyman Rahim oğlu və 2002-ci il təvəllüdlü Mustafayev Cavid Cəfəroviç müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Hər üç yaralı xəstəxanaya çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.


Nüşabə Mikayılqızı - Xaçmaz.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar