avq
2023
16:18
218

İranda dəhşət: həkim ər-arvad özünü öldürdü - Qadın hamilə imiş...

7 avq, 2023
16:18
218

İranda dəhşət: həkim ər-arvad özünü öldürdü - Qadın hamilə imiş...

Xəbər verdiyimiz kimi, İranda ağır sosial-iqtisadi vəziyyət yalnız sadə insanlar deyil, tibb işçiləri arasında da intihar hallarının sayının artmasına səbəb olub.

Ötən gün tibb işçilərinin intiharı ilə bağlı daha bir fakt qeydə alınıb.

Den.az "Azad İran"a istinadən xəbər verir ki, Kermanşah əyalətində həkim-pediatr Məhtab Cəmşidirad və həyat yoldaşı, psixiatr Nima Qeytuli intihar ediblər.İran İnsan Haqları Komitəsindən bildiriblər ki, onlar “düyü həbi” (Alüminium fosfid və ya taxıl həşərartlarını öldürmək üçün istifadə edilən vasitə) qəbul edərək həyatlarına son qoyublar.

Qeyd edək ki, Mehtab Cəmşidirad hamilə olub və doğuşa bir həftə qalmış intihar edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar