15 
iyn
2023
19:01
162

“Məni şirkətdə zorla 7 saat saxladılar”

15 iyn, 2023
19:01
162

“Məni şirkətdə zorla 7 saat saxladılar”

“Army Group MMC”nin  əməkdaşı, satış-meneceri olmuş Nigar Səmədova dələduzluq və zorakılıqla üzləşdiyini iddia edib.

Den.az OLAY-a istinadən yazır ki, MMC-nin sahibi Seyfəddin Qasımov, “Sat Group”un həmtəsisçisi Anar Bayramov, S. Qasımovun kürəkəni Şəhriyar Cəfərov, katibəsi Nərmin və Nəsimi adlı şəxsləri onun şəxsi əşyalarını və pulunu mənimsəməkdə ittiham edib.
N. Səmədovanın dediyinə görə, çalışdığı şirkətin ofisinə çağırılıb və zorla orada 7 saat - 17:30-dan 00:30-a qədər saxlanılıb.
Onun sözlərinə əsasən telefonu, şəxsiyyət vəsiqəsi və kartları əlindən alınıb. Zərərçəkənin dediyinə görə, həmin şəxslər ona böhtan atıb və bunları qəbul etməsini istəyiblər. 
N. Səmədovanın iddiasına görə,  S. Qasımovun kürəkəni olan Şəhriyar Cəfərovun “77-xf-260” nömrəli, “Kia optima” markalı avtomobili ilə evinə aparılıb.
O söyləyir ki, həm də övladı ilə təhdid olunub, ona evinin yerini öyrəndiklərini və qızının sağlamlığını istəyirsə, heç kəsə bir şey deməməsini tapşırıblar. N. Səmədova həmin gecə polisə müraciət edib. Hazırda tədqiqat aparılır. 
O, tez bir zamanda cinayətkar olduqlarını iddia etdiyi  Anar Bayramov başda olmaqla adı çəkilən şəxslərin qanun çərçivəsində cəzalandırılmasını istəyir.
N. Səmədova bildirib ki, onun əşyaları geri qaytarılsa da, mənimsənilən pulunu ala bilməyib. Səmədova həmçinin qeyd edib ki, həmin şəxslər tərəfindən təhqirlərə məruz qalıb.
Zərərçəkənin sözlərinə görə, bu hal şirkətdə ilk deyil. N. Səmədova iddia edir ki, daha əvvəl bu hadisə ilə üzləşən şəxslər şikayət etməyiblər.
Məsələni aydınlaşdırmaq üçün “Army Group”la əlaqə saxladıq. Hadisədə adı çəkilən S. Qasımovun katibəsi Nərmin Ağayeva OLAY-a bildirib ki, onlar polisə izahat veriblər:
“Bizdə heç bir şəxsi əşyası yoxdur. Hədə? Yox bir. 7 saat? Yox. Biz izahataımızı verib, hər şeyi təqdim etmişik. Nigar Səmədova “Army Group”un işçisi olub”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar