26 
may
2023
22:06
281

Karantin zamanı yazılan cərimələr qaytarılacaq? - VİDEO

26 may, 2023
22:06
281

Karantin zamanı yazılan cərimələr qaytarılacaq? - VİDEO

Türkiyədə koronavirusa görə maska taxmayanlara tətbiq edilən cərimələr qaytarılır. Bəs Azərbaycanda necə vətəndaşlara karantin qaydalarının pozulmasına görə ödədikləri cərimələr geri veriləcəkmi?

Den.az xəbər verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Vətəndaşların əksəriyyəti cərimələrin qaytarılmasının tərəfdarı olduqlarını bildiriblər.

“İnsanların maddi vəziyyəti nəzərə alınmalıdır. Çox adam haqsız yerə cərimələnirdi. Elə vəziyyət olub ki, kimsə təcili aptekə gedib, SMS yazmağa imkanı olmayıb. Həmin cərimələr silinməlidir” kimi fikirlər sənləndirilib.

Məsələ ilə bağlı açıqlama verən millət vəkilləri isə cərimələrin qaytarılmasına birmənalı yanaşmayıblar. Bunun insanlarda məsuliyyətsizliyə gətirib çıxara biləcəyini vurğulayıblar.

Ətraflı videonu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar