iyl
2023
22:09
272

Şəmkirdə kişi həyat yoldaşını tüfənglə yaralayıb

7 iyl, 2023
22:09
272

Şəmkirdə kişi həyat yoldaşını tüfənglə yaralayıb - FOTO

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini olan bir qadının odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Den.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.
İlkin araşdırmalar zamanı hadisəni qadının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Əfsun Əhmədovun ov tüfəngi ilə yaralaması məlum olub.
Yaralı xəstəxanaya yerləşdirilib, cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar