10 
iyl
2023
12:20
151

General əmr verdi: Komitənin 100-lərlə əməkdaşı sərəncama göndərildi

10 iyl, 2023
12:20
151

General əmr verdi: Komitənin 100-lərlə əməkdaşı sərəncama göndərildi

Bir müddət əvvəl Dövlət Gömrük Komitəsində (DGK) bir sıra vəzifəli şəxslərin sərəncama göndəriləcəyi ilə bağlı məlumat yaymışdıq. 

Den.az xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, artıq DGK sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə qurumun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xeyli sayda yüksək rütbəli vəzifəli əməkdaşı sərəncama götürülüb.


Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Dövlət Gömrük Komitəsində də eyni islahatlara start verilib. 100-lərlə gömrük əməkdaşı sərəncama göndərilib.

Artıq onların bəziləri yeni vəzifələrinə təyinat alsalar da, bəziləri hələ də gözləyir və bundan sonra hansı qərarın veriləcəyini bilmirlər. Bəzi əməkdaşlar sərəncamda ola-ola, işə çıxarlar.

Məlumata görə, saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatanların əksəriyyəti vəzifədəjnn azad ediləcək.
Qeyd edək ki, ötən həftə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundov komitə əməkdaşlarının sərəncama göndərilirməsi barədə məlumatın yalan olduğunu demişdi: “Həqiqətə uyğun deyil, belə bir fakt yoxdur”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar