18 
iyl
2023
20:25
175

“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçilib

18 iyl, 2023
20:25
175

“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçilib

“Sumqayıt” Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.

Klubdan verilən məlumata görə, bu barədə ECA-dan müraciət daxil olub.

Bildirilib ki, klub ECA-nın 2023-2027-ci il üçün Assosiativ üzvlüyünə qəbul olunub. Həmçinin, “Sumqayıt” qurumun sentyabrda baş tutacaq Baş Assambleyasına dəvət olunacaq.

Azərbaycan klublarından “Neftçi”, “Qarabağ” və “Qəbələ” də hazırda qurumun üzvləridir.

Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Hazırda ECA-nın 330 üzvü var ki, həmin klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar