25 
iyl
2023
12:46
146

Praqada gündəm olan azərbaycanlı kimdir? - Polisdən qaçıb qəza törətdi - FOTO-VİDEO

25 iyl, 2023
12:46
146

Praqada gündəm olan azərbaycanlı kimdir? - Polisdən qaçıb qəza törətdi - FOTO-VİDEO

İyulun 23-də axşam saatlarında Praqa küçələrində şüşələri güclü tündləşdirilmiş qara "Porşe" markalı avtomobil polisin diqqətini çəkib.

Den.az Çexiya KİV-ə istinadla xəbər verir ki, bu, qanunla qadağan olunduğu üçün polis maşını saxlayaraq, sürücüdən pasport və sürücülük vəsiqəsini göstərməsini tələb edib.

“Polislər sürücünün saxta sənədlər göstərməsindən şübhələnib. Onlar sürücünün "arzuolunmaz şəxslər" siyahısında olduğunu, Çexiyaya qeyri-qanunu gəldiyini müəyyən ediblər”, - deyə Praqa polisinin nümayəndəsi Yan Rıbanski bildirib.


İfşa olunduğunu görən sürücü qaza basaraq oradan uzaqlaşmağa çalışıb. Polis isə onu təqib edib. Döngələrin birində sürücü idarəetməni itirib və avtomobil işıq dirəyinə, sonra isə divara çırpılıb.

Həmin şəxs saxlanılıb. Yoxlama zamanı onun Şengen zonasına girişi qadağan olunmuş şəxslər siyahısına daxil edilən Azərbaycan vətəndaşı olduğu məlum olub. Maşından xeyli miqdarda nağd avro aşkar edilib. Bakupost.az 


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar