30 
may
2023
07:04
263

Türkiyədə polis məmuru sevgilisi tərəfindən başından vuruldu - FOTO

30 may, 2023
07:04
263

Türkiyədə polis məmuru sevgilisi tərəfindən başından vuruldu - FOTO

Türkiyənin İstanbul şəhərinin Aksaray rayonunda 26 yaşlı Abdullah Eroğlu adlı polis məmuru sevgilisi tərəfindən öz tapançası ilə başından vurulub.

Den.az xəbər verir ki, adisənin mübahisə zəminində mənzildə baş verdiyi bildirilir.

Polis bölməsində çalışan Abdullah Eroğlu ilə sevgilisi Aysel G. arasında naməlum səbəbdən mübahisə yaranıb. Bu zaman Aysel G. Eroğlunun tapançasını götürərək ona atəş açıb. Başından güllə yarası alan Eroğlu isə yerə yıxılıb.

Silah səsini eşidən qonşular polisə və sağlamlıq qruplarına xəbər veriblər. Abdullah Eroğlu hadisə yerinə gələn təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Onun səhhətinin ağır olduğu bildirilir.
Hadisəyə səbəb olan Aysel G. isə polis tərəfindən saxlanılıb.
Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar