31 
iyl
2023
21:34
763

Bu kəndin sakinləri içməli sudan əziyyət çəkirlər -FOTOLAR

31 iyl, 2023
21:34
763

Bu kəndin sakinləri içməli sudan əziyyət çəkirlər -FOTOLAR

Xaçmaz rayonu Çarxı kəndinin sakinləri içməli su sarıdan əziyyət çəkirlər.

"Den.az" bildirir ki, İllərdir ki, kənddə mövcud olan artizyan bulaqı quruyub.

Bu problemlə bağlı yerli sakinlər olaraq Xaçmaz rayon Çarxı kənd bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədri iş yerində olmadığından ərazi icra nümayəndəsinə müraciət etdik.
 Nümayəndəlikdən bildirdilər ki, həftənin 1-ci günü həmin suyu qruyan bulağa baxış keçiriləcək.  

Günlər keçməsinə baxmayaraq bir quru vəd vermək üçün daşdan səs çixdi, amma Çarxı  bələdiyyəsindən səs çıxmadı.

Sözü gedən problemlə bağlı, yerli sakinlər üçün əl çatmaz şəxsə çevrilən Çarxı kənd Bələdiyyə sədri Yaşar Hüseynovla telefon əlaqəsi yaratdıq.  O, bildirdi ki, bununla bağlı mütəxəssis ilə məsləhətləşib mütəxəssis artiq bulağın yararsız olduğunu bildirdi.

Onuda qeyd edək ki,  həmin bulaqa baxış keçirildiyni kənd sakinlərindən heç kəs görməyib .

 Telefon bağlantısı  zamanı bələdiyyə sədrinə bildirdik ki, Siz ən azından seçkili orqan olaraq kənd sakinlərinin yanında olmalısız. Sakinlərin sosial problemlərini dinləməlisiz, həllinə çalışmalısız. 
Axı seçkilər vaxtı bu sakinlər Sizin üçün qohumlarınızdan da daha yaxın idilər. 
Bəs indi nə oldu ? 

 Cavabında Yaşar Hüseynov bildirdi ki , men kəndin, rayonun deputatı deyilem ki,  sakinlərin yanında olum. 
Mənim öz işlərim var.  

Həqiqətən maraqlı sual yaranır.  Bəs ərazinin bələdiyyəsi olaraq Yaşar Hüseynovun işi nədən ibarətdir ? ? ?







Nüşabə Baxşıyeva

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar