avq
2023
14:16
186

Azərbaycanlı milyarder bu il nə qədər pul qazanıb? - MƏBLƏĞ

1 avq, 2023
14:16
186

Azərbaycanlı milyarder bu il nə qədər pul qazanıb? - MƏBLƏĞ

Avqustun 1-nə olan məlumata görə, rusiyalı milyarderlərin ümumi sərvəti 32,341 milyard dollar artaraq, 309,3 milyard dollara çatıb. 

Den.az bu barədə "Bloomberg Billionaires Index"in məlumatlarına istinadən xəbər verir.

İlin əvvəlindən ən çox qazanan "Lukoyl”un ortağı Vahid Ələkbərov olub. Azərbaycan əsilli milyarderin kapitalı 5,9 milyard dollar artaraq, 21,3 milyard dollara çatıb.

Bu ayın əvvəlində Rusiyanın ən varlı iş adamları üçlüyünə "Norilsk Nikel" şirkətinin əsas sahiblərindən biri Vladimir Potanin, "Novatek"in həmsahibi Leonid Mixelson və NLMK-nın benefisiarı Vladimir Lisin daxil olub.


Potanin ilin əvvəlindən sərvətini 1,23 milyard dollar artıraraq, 29,8 milyard dollara çatıb və biznesmen Rusiyanın ən zənginləri arasında birinci yeri təmin edib. 

İkinci yeri tutan Mixelsonun sərvəti 2,73 milyard dollar artaraq, 27,4 milyard dollar təşkil edib. Üçüncü yerdə qərarlaşan Lisin aktivlərini 4,98 milyard dollar artıraraq, 24,8 milyard dollara çatdırıb.

Vahid Ələkbərov dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, "Bloomberg Milyarderlər İndeksi" sahibkarların sahib olduqları şirkətlərin səhmlərinin qiymətinə əsasən hesablanır. BBI reytinqinə dünyanın 500 ən varlı adamı daxildir. Qaynarinfo

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar