avq
2023
00:06
161

Zakir Fərəcov müşavirə keçirib, tapşırıqlar verib-FOTO

4 avq, 2023
00:06
161

Zakir Fərəcov müşavirə keçirib, tapşırıqlar verib-FOTO

Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov müşavirə keçirib. Bu haqda 3 avqust tarixində "Den.az" Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir.

Toplantıda İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. İcra başçısının müavinləri ötən dövr ərzində ayrı-ayrı sahələr üzrə görülmüş işlərlə bağlı məruzələrlə çıxış ediblər.


Şəhər rəhbəri yol infrastrukturunun inkişafı, çoxmənzilli yaşayış binalarının girişlərinin və fasadlarının təmiri, məişət tullantılarının vaxtlı-vaxtında daşınması, küçə ticarətinə qarşı tədbirlərin davam etdirilməsi və digər məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini çatdırıb.


Həmçinin qarşıda duran vəzifələr müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər müəyyən edilib.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar