noy
2023
19:54
179

Kadırovun 15 yaşlı oğlu yüksək vəzifəyə təyin edildi

5 noy, 2023
19:54
179

Kadırovun 15 yaşlı oğlu yüksək vəzifəyə təyin edildi

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun oğlu Adam Kadırov yüksək vəzifəyə təyin olunub.
"Den.az"-ın xəbərinə görə, bu barədə Çeçenistan milli siyasət, xarici əlaqələr, nəşriyyat və informasiya naziri Əhməd Dudayev “Telegram”-da paylaşım edib.
Adam Kadırov Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Adam Kadırov 2007-ci il noyabrın 24-də anadan olub.
Xatırladaq ki, Adam Kadırov bu ilin sentyabrında Çeçenistanda təcridxanada Quranı yandırmasına görə saxlanılan tələbə Nikita Juravelyanı döyməsi ilə diqqət mərkəzinə gəlib. Çeçenistan Daxili İşlər Nazirliyi 16 yaşı olmadığı üçün Adam Kadırovun məsuliyyətə cəlb edilə bilməyəcəyi barədə açıqlama yayıb. Oktyabrda Adam Kadırov Çeçenistan Qəhrəmanı adını alıb. Oktyabrın sonunda isə Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar