25 
iyl
2023
12:34
120

İsa Qəmbər Ali Məhkəməyə müraciət etdi

25 iyl, 2023
12:34
120

İsa Qəmbər Ali Məhkəməyə müraciət etdi

"Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərə pensiya təyin olunması ilə bağlı şikayəti təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Biz də Ali Məhkəməyə müraciət etmişik. Hələ ki prosesin vaxtı açıqlanmayıb”.


Den.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında İ.Qəmbərin vəkili Nemət Kərimli deyib.

Qeyd edək ki, 2022-ci ilin mayın 11-də İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri isə bu şərtlərə uyğun gəlmir. İ.Qəmbər pensiya yaşına (65 yaş) 2022-ci il fevralın 24-də çatıb. Sentyabrın 12-si Bakı İnzibati Məhkəməsində İ.Qəmbərin şikayəti üzrə keçirilən məhkəmə prosesi heç bir nəticə verməyib. Məhkəmə qarşısında İsa Qəmbərə Milli Məclis sədrinin 80% maaşı miqdarında pensiya təmin edilməsi iddiası qaldırılmışdı. Yeri gəlmişkən, parlament sədrinin aylıq vəzifə maaşı 3550 manatdır. Bu məbləğin 80%-i 2840 manat edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar