Xəbərin Kateqoriyası: Elm & Ixtira

Günəş tutulmalarının vaxtı açıqlandı


AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verəcək Günəş tutulmalarının vaxtını açıqlayıb.

Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Oxu.Az-a bildirib ki, bu il üç Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.

Bu gün Günəş tutulacaq
Belə ki, ilk Günəş tutulması 6 yanvar 2019-cu ildə Bakı vaxtı ilə saat 03:34-də başlayacaq, 05:40-da maksimum həddə çatacaq, 07:49-da isə sona yetəcək.

Növbəti Günəş tutulması 2 iyul 2019-cu il tarixində yerli vaxtla saat 20:55-də baş verəcək və 3 iyul 01:50-də sonlanacaq.

Sonuncu Günəş tutulması isə 26 dekabr 2019-cu ildə Bakı vaxtı ilə saat 06:30-da start götürəcək və 12:06-da yekunlaşacaq. Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız