31 
iyl
2023
17:38
209

Yevlaxda Vətən müharibəsi iştirakçısı yüksək posta təyin olunub

31 iyl, 2023
17:38
209

Yevlaxda Vətən müharibəsi iştirakçısı yüksək posta təyin olunub

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Əliyev Xaliq Zakir oğlu Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsinə təyin olunmb.

Den.az xəbər verir ki, X.Əliyev Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib. Yevlax rayonun Nərimanabad kənd tam orta məktəbində müəllim, şəhər 3 nömrəli tam orta məktəbdə müəllim və direktor müavini vəzifələrində çalışıb.

Vətən müharibəsində bölük komandiri kimi iştirak etmiş, Xaliq Əliyev Vətən müharibəsi veteranı, ehtiyatda olan kapitandır.

O, Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevin müvafiq Sərəncamı ilə  “Hərbi xidmətlərə görə” , Azərbaycan Respublikasının Baş Nazirinin müvafiq Sərəncamı ilə isə  “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar