15 
iyn
2023
10:26
254

Masallıda narkotikin təsiri altında olan sürücü HƏBS EDİLDİ

15 iyn, 2023
10:26
254

Masallıda narkotikin təsiri altında olan sürücü HƏBS EDİLDİ

Masallı şəhəri ərazisində hərəkətdə olan “Chevrolet Niva” markalı avtomobilə konstruksiya dəyişikliyi edildiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılıb.

Den.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, saxlanıldıqdan sonra nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən olunan Masallı rayon sakini İlqar Həşimovun həm də narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.


Müayinənin nəticəsinə əsasən, İ.Həşimovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib və o, 8 gün müddətində inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar