15 
iyn
2023
13:00
204

Kürdəmirdə baş verən ağır qəzanın TƏFƏRRÜATI

15 iyn, 2023
13:00
204

Kürdəmirdə baş verən ağır qəzanın TƏFƏRRÜATI - FOTO

Kürdəmirin Atakişili kəndində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Den.az "Report”a istinadən xəbər verir ki, "Toyota Prius”un sürücüsü və sərnişinləri bu gün 15 İyun Milli Qurtuluş günü münasibətilə Mingəçevir şəhərində baş tutacaq konsert proqramına səhnə konstruksiyalarını quraşdırmaq üçün gedirlərmiş. Hadisə səhər saat 5 radələrində baş verib.

Qeyd edək ki, Bakı şəhər sakini, 24 yaşlı Ruslan Əli oğlu Xasıyanovun idarə etdiyi "Toyota Prius” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Salman Lətif oğlu Allahverdiyevə məxsus "Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə "Toyota Prius”un sərnişini, 23 yaşlı Elnur Cavanşir oğlu Mənsimov hadisə yerindəcə dünyasını dəyişib.

Qəza zamanı habelə sürücü və digər sərnişinlər - Bakı şəhər sakinləri, 32 yaşlı Vahid Hüseynağa oğlu Qasımov və 1991-ci il təvəllüdlü İslam Rövşən oğlu Səmədov, eləcə də "Mercedes”in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar