15 
iyn
2023
13:26
188

Direktorların maaşı qaldırılmalı, kişi müdirlərin sayı artmalı, yaşı 65-i keçənlər isə... - Ekspert

15 iyn, 2023
13:26
188

Direktorların maaşı qaldırılmalı, kişi müdirlərin sayı artmalı, yaşı 65-i keçənlər isə... - Ekspert

"Yaşlı müəllimlər üçün məktəb gün keçirmək, aylıq əmək haqqı aldıqları bir obyektdir”.

Den.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi iqtisadçı-alim Nazim Bəydəmirlinin fikirlərinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, bu istiqamətdə islahatlar aparılmalıdır:

"Əslində, Nazim Bəydəmirlinin fikirində həqiqət var. Bəzi şəxslər var ki, onların idarəetmə, menecer qabiliyyəti, uşaqların yaş psixologiyası ilə bağlı informasiyaları yoxdur. Şəxsi heyətlə necə davranacaqlarını bilmirlər. Ümumi təhsil, mövcud təhsil proqramı, təhsil standartları, informasiya texnologiyaları və s. məsələlər var ki, Nazim bəyin dediyi şəxslər bütün bu proseslərdən kənardadır. Təbii, onların bu prosesə yad olması nəticə etibarıyla bu gün cəmiyyətdə ajiortaj yaradacaq məsələləri gün üzünə çıxarır və bu da birmənalı qarşılanmır”. 

Elçin Əfəndi bu gün ölkəmizdə 4440-dan çox məktəbin fəaliyyət göstərdiyini vurğulayıb:
 



"Burada 1 milyon 700 mindən çox şagird təhsil alır. Onların təlim-tərbiyyəsi ilə 160 min müəllim məşğul olur. Bütün bu sıxlığı, heyəti idarə etmək liderlik xüsusiyyətlərinin yüksək olmasını tələb edir. Nazim bəyin dediyi ki, yaşlı şəxslər var ki, prosesə yaddırlar, onlar müəllimləri idarə edə bilmirlər. Onlar sadəcə gəlirlər kabinetə, axşama kimi otururlar, müəyyən pul yığmaq işlərinə baxırlar, bir növ təhsil prosesinə yaddırlar. Onlarda nəzarət mexanizmi yoxdur. Bir növ, məktəb onlara gün keçirmək, aylıq əmək haqqı almaq üçün bir obyektdir. Ona görə düşünürəm ki, bu istiqamətdə islahatlar aparılmalıdır”.

Elçin Əfəndi direktorların əmək haqqlarının yüksək olmasını arzu edib:

"Onlar üçün imkanlar yaxşılaşdırılmalıdır. Xüsusilə kişi məktəb direktorlarının sayı artmalıdır. Bu gün barmaqla sayılası qədər kişi məktəb direktoru var. Əsas bu istiqamətə üstünlük vermək lazımdır”.

Qeyd edək ki, iqtisadçı-alim Nazim Bəydəmirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, 65 yaşı keçən müəllimin idarəetmədə qalmağı doğru deyil:

"Əgər müəllimlərin yaşı 65-i keçibsə, pensiya yaşı təyin olunubsa, ondan sonra idarəetmədə qalmağının doğru və etik olmadığı qənaətindəyəm. Əslinə, bu bir normaya çevrilməlidir, hər kəs bu yaşda yaxşı pensiya ilə istirahətə yollanmalıdır”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar