15 
iyn
2023
15:28
139

Dəmir yolu peronunda gəzən şəxsdə narkotik aşkarlanıb

15 iyn, 2023
15:28
139

Dəmir yolu peronunda gəzən şəxsdə narkotik aşkarlanıb - FOTO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan

verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt

Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında

keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik

maddə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Bəxtiyar Şəmsi

Şəmkir rayon Dəllər qəsəbəsindəki Dəmir yolu Vağzalının peronunda

saxlanılaraq şöbəyə gətirilib. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman

əlindəki torbadan 2 kq 460 qram narkotik vasitə olan qurudulmuş marixuana

aşkar edilərək götürlüb.

 Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı XPŞ-

də araşdırmalar davam etdirilir

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar