Xəbərin Kateqoriyası: Xəbərlər

Məmmədyarov Karlsenlə heç-heçə oynadı

 

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2018” superturnirində ilk tura start verilib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib.

Qarşılaşma 50-ci gedişdən sonra “sülh”lə yekunlaşıb - 0,5:0,5.

Hazırda Veselin Topalov (Bolqarıstan) - Teymur Rəcəbov (Azərbaycan),  Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya), Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa), David Navara (Çexiya) - Rauf Məmmədov (Azərbaycan) görüşləri davam edir. 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ikinci turda polşalı Radoslav Voytaşeklə qarşılaşacaq.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız