15 
iyn
2023
22:24
183

Ağstafada sərnişin 2 avtomobil arasında qalaraq ölüb

15 iyn, 2023
22:24
183

Ağstafada sərnişin 2 avtomobil arasında qalaraq ölüb

Ağstafada ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a məlumat verib.
Bildirilib ki, iyun ayının 15-də Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon sakini Vilayət Nəbiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan zaman yolun kənarında dayanmış Kamal Əsədova məxsus VAZ-2172 markalı avtomobillə toqquşub.
Toqquşmadan əvvəl sərnişin 1999-cu il təvəllüdlü Hidayət Hüseynov avtomobildən düşmək istəyib. Bu zaman o, hər iki avtomobilin arasında qalaraq xəsarət alıb, aparıldığı Ağstafa Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar