16 
iyn
2023
12:20
146

Saatlı sakinindən 3 kiloqramdan çox narkotik götürülüb

16 iyn, 2023
12:20
146

Saatlı sakinindən 3 kiloqramdan çox narkotik götürülüb FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Den.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayon sakini Nurəli Astanov saxlanılıb. 
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 112 ədəd çətənə bitkisi və təmiz çəkisi 3 kiloqram 890 qram olan marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar