16 
iyn
2023
15:18
177

Azərbaycanda bu benzinin qiyməti aşağı düşə bilər - AÇIQLAMA

16 iyn, 2023
15:18
177

Azərbaycanda bu benzinin qiyməti aşağı düşə bilər - AÇIQLAMA

"Azərbaycanda "Premium" markalı benzinin ucuzlaşması gözləntisi var".
 
Den.az xəbər verir ki, bunu "Metbuat.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O qeyd edib ki, yaxın aylarda ölkədə ciddi qiymət artımı ehtimal edilmir:

"Azərbaycanda yay aylarında ciddi qiymət artımı olan heç bir sahə yoxdur, xüsusən də hökümətin tənzimlədiyi benzin və ictimai nəqliyyat sahəsində. Qiymət dəyişikliyi üçün heç bir əsas da yoxdur.
 
Əksinə, bazarın gözləntisi ondan ibarətdir ki, vaxtilə 2 manata təyin edilən “Premium” qiymətləri aşağı salınsın. Çünki bu qiymətlər təyin ediləndə, bazarda neft qiyməti 120-125 dollar idi. İndi isə qiymətlərdə bir düşüş var və bu, qiymətlərə tətbiq edilməlidir".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar