16 
iyn
2023
16:03
202

60 yaşı tamam olan müəllimlərə ŞAD XƏBƏR

16 iyn, 2023
16:03
202

60 yaşı tamam olan müəllimlərə ŞAD XƏBƏR

"Son günlər iyunun 24-də keçiriləcək növbəti sertifikatlaşdırma imtahanında iştirak ilə bağlı çoxsaylı suallar ünvanlandığından qeyd etmək istərdik ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması ilə bağlı qanun layihəsi hər 3 oxunuşda Milli Məclisdə qəbul olunub".
 
Den.az xəbər verir ki, bu fikirləri Milli Məclisin depuatı Vüqar Bayramov şəxsi facebook hesabında yazıb.
 
O bildirib ki, layihə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək:
"Belə ki, MM-nin qəbul etdiyi yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni dəyişikliklər dövlət başçısı tərəfindən təsdiq olunduqdan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə biləcək.

60 yaşı tamam olan müəllimlərin növbəti sertifikatlaşdırmada iştirakına gəldikdə isə sənəd dövlət başçısı tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur. Onadək isə əvvəlki qaydalar qüvvədədir. Bu baxımdan, cənab Prezident tərəfindən dəyişikliklər təsdiq olunduqdan sonra 60 yaşı tamam olan müəllimlər üçün sertifikatlaşdırmada iştirak könüllü olacaq".

Ətraflı videosüjetdə:


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar