16 
iyn
2023
16:06
163

"Elə bil ki, 90-cı illər təkrar olunur” - Vahid Əhmədov Qarabağda baş verənlərdən DANIŞDI

16 iyn, 2023
16:06
163

"Elə bil ki, 90-cı illər təkrar olunur” - Vahid Əhmədov Qarabağda baş verənlərdən DANIŞDI

"Bu gün Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən Azərbaycanın Şuşa rayonu istiqamətindəki bölmələrinə atəş açılıb. Qarabağda nə baş verir? Elə bil ki, 90-cı illər təkrar olunur”.

Den.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Millət vəkili xatırladıb ki, o vaxtlar da atəşkəs elan olunurdu, ABŞ, Rusiya, Fransa yığışırdı, sülh sazişinin imzalanması istiqamətində danışıqlar aparılırdı, amma hər hansı nəticə əldə olunmurdu:

"Nəhayət, Azərbaycan ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın böyük hissəsinin düşmən işğalından azad edilməsi missiyasını şərəflə yerinə yetirdi. Bununla belə, indi də bəzi çevrələr vaxtaşırı yığışaraq Qarabağ ermənilərinin hüquqlarından bəhs edir. Prezident çıxışında amnistiya məsələsinə toxundu və bu, Avropa, Amerika tərəfindən də normal qarşılandı. Burada İrandan başqa Rusiya da maraqlıdır ki, sülh sazişi imzalanmasın. Çünki sülh imzalanandan sonra rus hərbçilərin burda qalmasına ehtiyac olmayacaq. Rusiya məsələnin maksimum uzanmasına və hərbi kontingentinin bölgədə qalmasına çalışır”.

Vahid Əhmədov qeyd etdi ki, həll yolu artıq ən yüksək səviyyədə göstərilib.

“Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə çox yaxşı bir cümlə səsləndirdi. Bildirdi ki, “Bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!””, - deyə deputat xatırlatdı.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar