16 
iyn
2023
18:07
165

Qaradağda milyonluq abadlıq və yol təmiri - Süleyman Mikayılovun sevimli şirkətləri yenə qalib oldu

16 iyn, 2023
18:07
165

Qaradağda milyonluq abadlıq və yol təmiri - Süleyman Mikayılovun sevimli şirkətləri yenə qalib oldu

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) abadlıq və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderlərə yekun vurub. 

Den.az xəbər verir ki, tenderlərin qalibləri "Qara Qaya” MMC və "Təmir-Təchizat-4” MMC-dir.

"Qara Qaya” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 571.962,2 AZN, "Təmir-Təchizat-4” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri isə 720.131,46 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumata rast gəlinmir.

"Təmir-Təchizat-4” MMC isə 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 50, mənzil 2-də yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur. 

Bu şirkət və qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, hər iki şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur. 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 13 ildir ki, bu rayona rəhbərlik edir. 
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar