25 
may
2023
13:18
484

Sumqayıtda Psixatiriya xəstəxanasının "maddi- texniki" bazası oğurlanıb. YENİLƏNİB

25 may, 2023
13:18
484

Sumqayıtda Psixatiriya xəstəxanasının "maddi- texniki" bazası oğurlanıb. YENİLƏNİB - FOTO


Sumqayıt şəhərində misli görünməyən oğurluq hadisəsi törədilib. Den.az xəbər verir ki,
hadisə şəhərin Psixatriya xəstəxanasının Gündüz Stasionar şöbəsində olub. Araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər Ziyəddin Qənbərov, Azər Qasımov və Nihat Həmzətovun olması müəyyən edilib.
Belə ki, özgənin əmlakını talamaq məqsədilə gecə saatlarında Sumqayıt şəhəri Kamran Hüseynov küçəsi 131 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya xəstəxanasının gündüz stasionar şöbəsindən oğurluq etmək məqsədilə həmin şöbənin yerləşdiyi 5 saylı yataqxananın qarşısına gəlib əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən gündüz stasionar şöbəsinin əməliyyat otağından arxiv şöbəsi yerləşən otağının pəncərəsinin dəmir barmaqlığını əli ilə zor tətbiq edib dartıb qoparıblar. Ziyəddin Qənbərov Nihat Həmzətovla birlikdə Şöbənin ayrı-ayrı otaqlarından kompyuter və tibbi avadanlıqlar götürərək aradan çıxıblar.

Onlar birlikdə Şöbənin ayrı-ayrı otaqlarından hər birinin qiyməti 1300 manat olan 3 ədəd kompyuter dəstini printerlə birlikdə, hər birinin qiyməti 2220,76 manat olan 2 ədəd Kompyuter HP ProOne 440G5 AİO Memory /256GBM.2 2280 Keyboard /HP Optical Wired Mouse USB/ Line İnteractive UPS ilə birlikdə, qiyməti 1559,96 manat olan bir ədəd Kompyuter + monitor dəstini, qiyməti 1902,16 manat olan bir ədəd HP 205 G4 24 All-in-One PC FreeDOS SODİMM Memory /SSD 128G 2280, Keyboard /HP Optical Wired Mouse USB-ni, qiyməti 165.2 manat olan AR Tronic 600Line İnteractive UPS Sungle-Phase qurğusunu, qiyməti 890.9 manat olan bir ədəd HP Laser Jet MFP M130nw Printer A4 LaserJet/Print, qiyməti 58 manat olan bir ədəd elektron imza, qiyməti 46 manat olan tefal markalı elektrik suqaynadanı, qiyməti 94 manat olan bir ədəd Tanometr + fonendoskopu, qiyməti 767 maanat olan 1 ədəd BactoSfera ORBB 15X3 Gorizont Vertikal MAX EFFECT bakterisid resirkulyator, qiyməti 159,3 manat olan PURELL Dispenser 1920-04LTX-12 təzə modeli, qiyməti 370 manat olan Monokulyar mikroskopu, qiyməti 2465,02 manat olan bir ədəd Mikroskopu, binokulyar, hallogen ilıq ilə 45 dər. əyilmə, horizontal fırlanma+genişsahəli okulyar 1820, qiyməti 19470 manat olan bir ədəd Hematoloji analizator, 20 parametri, ROW–SD, p-LCR, müayinə üçün 15,7 ul qan nümunəsi, 50test/sat. Yaddaşda olan məlumatın USB-yə köçürülmə imkanı. Sensorlu ekran. Mythic, qiyməti 525,10 manat olan bir ədəd Qan qarışdırıcı-MİXES SM-100, qiyməti 2596 manat olan bir ədəd Urisys 1100 Ekspress sidik analizatoru, qiyməti 2173,56 manat olan bir ədəd Sentifuqa HN-SB02C (LC-04C) Hinotek, qiyməti 2500 manat olan bir ədəd Sidik analizatoru Kombiskom, qiyməti 800 manat olan bir ədəd kompressoru, qiyməti 200 manat olan stomatoloji kresolya aid düz və əyri ucluqları, qiyməti 200 manat olan terapevtik alətləri, qiyməti 80 manat olan bir ədəd elektrik dreli, cəmi 45363,72 manat məbləğində özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışlar.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Zirəddin Qəmbərov və Azər Qasımov isti izlərlə tutulub. Nihat Həmzətovun axtarışları davam edir.

Qeyd edək ki, oğurlanan sənədlər içərisində xəstəxanada qeydiyyatda olan bütün xəstələrin siyahısıda olub. Faktla balğlı cinayət işi açılıb, araşdırma aparılır


[center]





























Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar