17 
iyn
2023
11:14
213

Bakıda kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alındı

17 iyn, 2023
11:14
213

Bakıda kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alındı

Bakıda kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alınıb.

Den.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “TT” adlanan kafenin yanında baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Salyan rayon sakini Mübariz Əzizov adıçəkilən kafedən çıxan zaman bir nəfər tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək üz nahiyəsindən yumruqla vurması və mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1500 manat olan pul kisəsini götürüb hadisə yerindən qaçaraq uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar