25 
may
2023
13:28
142

ABŞ-də son 20 ilin ən güclü tayfunu tüğyan edir - Foto

25 may, 2023
13:28
142

ABŞ-də son 20 ilin ən güclü tayfunu tüğyan edir - Foto

ABŞ-nin Quam adasında son 20 ilin ən güclü qasırğası - “Mawar” super tayfunu tüğyan edir. Sosial şəbəkələrdə təbii fəlakətlə bağlı görüntülər paylaşılır. Kadrlarda evlərin damlarının uçması, ağacların kökündən çıxması, maşınların devrilməsi əks olunub.


Yerli sakinlərə beton binalara sığınmaq tapşırılıb. Adada ABŞ ordusunun üzvləri də daxil olmaqla 172 mindən çox amerikalı yaşayır.

Birgə Tayfun Xəbərdarlıq Mərkəzinin məlumatına görə, tayfunun episentrində küləyin sürəti saatda 225 km olub ki, bu da 4-cü kateqoriya qasırğasına bərabərdir.
Mənbə: NEWS.ru

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar