17 
iyn
2023
17:02
1 464

Quba-Qonaqkənd avtomobil yolunda baş verən ağır qəzanı lentə alan Jurnalistə hücum olub

17 iyn, 2023
17:02
1 464

Quba-Qonaqkənd avtomobil yolunda baş verən ağır qəzanı lentə alan Jurnalistə hücum olub - FOTO VİDEO

Quba rayonunun Qam-qam kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var .

“Den.az” -ın hadisə yerində olan əməkdaşı xəbər veri ki, hadisəyə səbəb Niva markalı avtomobilin sürücüsünün öz yolundan çıxaraq, qarşıdan gələn Lada Kalina markalı avtomobilə çırpılması olub. 3 nəfər Vüqar Əliyev, Şahid İsrafilov, digər adı açıqlanmayan şəxs yaralanıb. Onlar dərhal Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Baş verən yol qəzasını lentə alan “Den.az” saytının əməkdaşı hadisə yerində hücuma məruz qalıb. Rusiya vətəndaşı olan şəxs, peşə fəaliyyətinin yerinə yetirən Jurnalisti əvvəlcə söyüşlərlə təhqir edib. Daha sonra ona hücum çəkib. Bütün baş verənlər anbaan lentə alınıb

Qeyd edək ki, Jurnalistə hücum çəkən şəxsin keçmiş Polis əməkdaşı olduğu bildirilir. Hadisə baş verən əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır










Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar