17 
iyn
2023
20:59
129

Polşada yaşayan Azərbaycanlılar üçün velotur təşkil olunub - FOTO

17 iyn, 2023
20:59
129

Polşada yaşayan Azərbaycanlılar üçün velotur təşkil olunub - FOTO

Bu gün Varşava şəhərində Polşa Azərbaycanlıları Şurası və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) birgə təşkilatçılığı ilə velosiped həvəskarları üçün velotur təşkil olunub.

Polşada yaşayan azərbaycanlıların asudə vaxtının səmərəli keçirilməsi, azərbaycanlılar arasında şəbəkələşmənin inkişafı, gənclərimiz arasında sağlam həyat tərzinin təbliği məqsədilə həyata keçirilən velotur iştirakçılarına “PolCare” platformasının həmtəsisçiləri Yusif Əfəndizadə və Yusif Məmmədov tərəfindən  təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib.

Tur iştirakçılarının təhlükəsizliyi 2 avtomobilin müşayiəti ilə təmin edilib.
Azərbaycan bayrağı ilə bəzədilən veloyürüş “Pole Mokotowskie” metrosundan Zegrze gölünə qədər 40 km məsafəlik yolda 3 dəfə fasilə edilməklə 4 saat ərzində qət edilib.

Son məntəqəyə çatan tur iştirakçılarına açıq hava, göl kənarında piknik təşkil olunub.

 


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar