18 
iyn
2023
00:41
271

Tovuzda “KamAz”la sərnişin avtobusu toqquşdu, xəsarət alan var - FOTO

18 iyn, 2023
00:41
271

Tovuzda “KamAz”la sərnişin avtobusu toqquşdu, xəsarət alan var - FOTO - FOTO VİDEO


Tovuzda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Den.az"-ın yerli bürosu xəbər verir ki, “KamAz”la sərnişin avtobusu toqquşub.
 Belə ki, 
Bakı-Qazax-Gürcüstan avtomagistralının Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası olub. “DAF” markalı yük avtomobili ilə “Mersedes” markalı sərnişin avtobusu toqquşub. Nəticədə yük maşını zərbədən yararsız hala düşüb. Sement daşıyan yük avtomobilinin yanacaq çəni deşilib və Dizel yanacağı əraziyə dağılıb. Avtomobildə yaranan nasazlıq səbəbi ilə yaranacaq yanğının qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində baş verə biləcək hadisənin qarşısı alınıb.Hadisə nəticəsində yük aftomobilinin sürücüsü Teymur Məmmədov müxtəlif bədən xəsarətləri alıb. Əraziyə cəlb olunan Təcili Tibbi Yardım briqadası tərəfindən sürücüyə amblotor yardım göstərilib. Avtobusda olan sərnişinlərdən isə xəsarət alan olmayıb.Qəza zamanı yolun hərəkət hissəsində bir müddət tıxac da yaranıb.Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır






Den.az


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar