18 
iyn
2023
00:54
231

Sudanın paytaxtına hava hücumu düzənlənib: Çoxlu sayda mülki əhali həyatını itirib

18 iyn, 2023
00:54
231

Sudanın paytaxtına hava hücumu düzənlənib: Çoxlu sayda mülki əhali həyatını itirib

Sudanın paytaxtı Xartum şəhərinə düzənlənən hava hücumu nəticəsində beşi uşaq olmaqla azı 17 nəfər həlak olub.
Həyatını itirən mülki şəxslər barədə məlumatı Sudanın Səhiyyə Nazirliyi də təsdiq edib.
Hələlik münaqişə tərəflərindən heç biri - istər Sudan silahlı qüvvələri, istərsə də Çevik Reaksiya Qüvvələri hadisə ilə bağlı şərh verməyib.
Qeyd edək ki, son bir neçə gündür Sudanın paytaxtı Xartumda döyüşlər ordunun mövqelərini saxlamağa davam etdiyi paytaxtın cənub hissələrinə baş verir.
Məlumat üçün əlavə edək ki, Sudanda cari ilin aprel ayından başlayaraq vətəndaş müharibəsi gedir.
Mənbə: İnterfax

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar