18 
iyn
2023
00:57
183

Fransada ara qarışdı, 10-dan çox jandarm yaralandı

18 iyn, 2023
00:57
183

Fransada ara qarışdı, 10-dan çox jandarm yaralandı - FOTO

Fransanın Savoy departamentində etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda 12 jandarm və bir nümayişçi yaralanıb.
Den.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen tviter hesabında yazıb.
“12 yaralı jandarmaya dəstəyimi ifadə edirəm”, - nazir qeyd edib.
O, hüquq-mühafizə orqanının aksiyada iştirak edən 2 000 əməkdaşına da təşəkkür edib.
Xatırladaq ki, Savoy departamentində 3 000-dən çox insan Lion və İtaliyanın Turin şəhərləri arasında sürətli dəmir yolunun tikintisinə qarşı nümayiş keçirib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar