18 
iyn
2023
01:40
155

Meksikada son illərin ən qızmar günləri qeydə alındı: İstidən ölənlər var

18 iyn, 2023
01:40
155

Meksikada son illərin ən qızmar günləri qeydə alındı: İstidən ölənlər var

Meksikanın şimal-qərb və cənub-şərqində mövsüm normalarından yüksək olan həddindən artıq istilər qeydə alınıb.
Den.az xəbər verir ki, barədə Meksika mətbuatında məlumat verilib.
Məlumata görə, istilər səbəbindən 8 nəfər həyatını itirib.  
Səhiyyə Nazirliyi onlarla insanın günvurma şikayəti ilə xəstəxanalara müraciət etdiyini və onlardan 8-nin dünyasını dəyişdiyini bildirib.
Xüsusilə Sonora, Verakruz, Kintana Roo və Oaxaka əyalətlərində təsirli olan isti havanın bir neçə gün daha davam edəcəyi qeyd edilib.
Meteoroloqlar günorta saatlarında günəşin düz bucaq altında vurduğu zaman çox zərurət olmadıqda çölə çıxmamağı tövsiyə ediblər.
Temperaturun 40 dərəcəni keçdiyi Meksikada son illərin ən qızmar günlərinin yaşandığı vurğulanıb.
Mənbə: Haber Global


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar