18 
iyn
2023
10:18
216

Tatarıstanın Rəisi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

18 iyn, 2023
10:18
216

Tatarıstanın Rəisi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Den.az AZƏRTAC- a istinadən xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar