18 
iyn
2023
10:34
194

Zərdabda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

18 iyn, 2023
10:34
194

Zərdabda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib - FOTO VİDEO

Zərdab Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Den.az -a verilən  məlumata görə, keçirilən tədbirlər zamanı Kür çayının rayonun Bıçaqçı kəndi ərazisindən keçən hissəsinin sahilində yabanı halda bitən, ümumi çəkisi 1 ton 457 kiloqram olan 1965 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.


Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar