18 
iyn
2023
21:13
520

Sumqayıtda 700-lük neft kəməri partladı, ərazi nəzarətə götürüldü-RƏSMİ FOTO VİDEO

18 iyn, 2023
21:13
520

Sumqayıtda 700-lük neft kəməri partladı, ərazi nəzarətə götürüldü-RƏSMİ FOTO VİDEO

Sumqayıtda neft kəməri partlayıb. Yaşayış evləri təhlükədə.
"Den.az" saytı xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivi 9 - cu məhəllə ərazisində qeydə alınıb. Belə ki, ərazidə  diametri 700-lük neft kəməri partlayıb.Axan neft ərazidə yaşayan insanların evlərinə qədər dolub. Kanalizasiya boruları ilə axıntı davam edir.

Hadisə yerinə Sumqayıt şəhər İcra Hakimiyyətinin, Sumqayıt şəhər Polis İdarəsinin, FHN-nin və digər aidiyyatı qurumların əməkdaşları cəlb olunub. 

Hadisənin ciddiliyi nəzərə alınaraq sakinlərə xəbərdarlıq edilib və ərazi aidiyyatı qurumlar tərəfindən tam nəzarətə götürülüb.
Axıntı zamanı vətəndaşlar ciddi zərər dəyib. 
Qeyd edək ki, ərazidən 700-lük Böyükşor Magistran neft boru kəməri keçir. Hadisədə məhz bu kəmərdə baş verdiyi iddia olunur.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar