18 
iyn
2023
23:51
180

Türkiyə təyyyarəsində sərnişin öldü

18 iyn, 2023
23:51
180

Türkiyə təyyyarəsində sərnişin öldü

Türk Hava Yollarına (THY) məxsus Nyu-York-İstanbul reysi ilə uçan təyyarədə 62 yaşlı Böyük Britaniya vətəndaşı vəfat edib.
“Boeing 777-300” tipli təyyarə Nyu-Yorkun Con Kennedi Beynəlxalq Hava Limanından qalxıb.
Təyyarə Atlantik okeanını keçərkən sərnişinlərdən birinin vəziyyəti pisləşib. Ekipaj sərnişinə ilk yardımı göstərib. Pilotlar İrlandiyanın Şennon şəhərinə təcili eniş etmək qərarına gəliblər. Lakin sərnişinin öldüyü anlaşılandan sonra eniş ləğv edilib və uçuş davam etdirilib.
TK02 reysi İstanbul Hava Limanına eniş edib. Onu aeroportda təcili yardım və polis qrupları hazır vəziyyətdə gözləyib. Həyatını itirən sərnişinlə bağlı araşdırmanın aparılacağı, proses başa çatdıqdan sonra cənazənin ölkəsinə göndəriləcəyi bildirilib.
Mənbə: Haber Global


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar