18 
iyn
2023
23:57
169

Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında ikinci yeri tutub

18 iyn, 2023
23:57
169

Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında ikinci yeri tutub

Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında komanda xal sistemi üzrə sıralamada 155 xalla ikinci yeri tutub.
Den.az xəbər verir ki, millinin 10 üzvündən 7-si Albaniyanın paytaxtı Tiranada keçirilmiş və bu gün başa çatmış qitə birinciliyində fəxri kürsüyə qalxıb.
4 qızıl və 3 bürünc medal əldə edən yığma komanda medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, millinin ən yaxın izləyicisi olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Xatırladaq ki, Azərbaycan yığmasının heyətində Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olub. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutub.
 


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar