19 
iyn
2023
01:08
224

Netanyahu: “Əsas vəzifəmiz İranın nüvə silahı ilə silahlanmasını dayandırmaqdır”

19 iyn, 2023
01:08
224

Netanyahu: “Əsas vəzifəmiz İranın nüvə silahı ilə silahlanmasını dayandırmaqdır” - FOTO

İsrail ardıcıl olaraq nüvə proqramı ilə bağlı İranla hər hansı yeni sazişə qarşı çıxır və hesab edir ki, heç bir yeni razılaşma Tehranın öz nüvə silahını yaratmağa doğru irəliləməsinə mane olmayacaq.
Bu fikri bazar günü İsrailin baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında çıxışı zamanı deyib.
“Bizim əsas vəzifəmiz İranın nüvə silahı ilə silahlandırılmasını dayandırmaqdır. Biz amerikalı dostlarımıza dönə-dönə açıqladıq - və mən bunu bu gün də təkrar edirəm - biz razılaşmaların əleyhinəyik, ilk növbədə, ilkin razılaşmaya qayıtmağın əleyhinəyik. Bu, yalnız İran üçün atom bombasına gedən yolu açacaq və onun xəzinəsini yüz milyardlarla dollarla dolduracaq”, - Netanyahu bəyan edib.
O qeyd edib ki, İsrail bu nöqteyi-nəzərini müttəfiqlərinə, ilk növbədə ABŞ-yə fəal şəkildə çatdırır.
“Bizim sazişə qarşı prinsipial mövqeyimiz ABŞ-nin bu razılaşmaya qayıtmamasına kömək edir”, - İsrailin baş naziri deyib.
O vurğulayıb ki, İsrail İranın təcavüzündən özünü qorumaq üçün təkbaşına nə lazımdırsa edəcək.
Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar