19 
iyn
2023
10:04
370

Qubada çay daşdı, turistin vəziyyəti pisləşdi

19 iyn, 2023
10:04
370

Qubada çay daşdı, turistin vəziyyəti pisləşdi FOTO-VİDEO

Qubanın Xanagah kəndindən dağ kəndlərinə gedən yol su altında qaldı.
"Den.az" xəbər verir ki, subasma hadisəsi rayonun Xanəgah kəndində baş verib. 
Belə ki, Çağaçuğ çayının qollarından birindən gələn sel suları rayonun bir neçə dağlıq kəndlərinə gedən yola çıxıb. Yol su və lil altında qalıb.
Hadisə zamanı turistlər yolun digər tərəfində qalıb, orada olan turistlərdən birinin halı pisləşib, hadisə yerinə Quba RMX-nın təcili tibbi yardım briqadası çağırılıb. Halı pisləşən turistə ilkin tibbi yardım göstərilib.
  Təbii hadisənin fəsadlarının aradan qaldırılması üçün Quba Rayon İcra Hakimiyyəti tərəfindən əraziyə texnika cəlb olunub, ərazi təmizlənib.
Yol müəyyən müddət bağlı qalsa da yenidən açılaraq istifadəyə verilib.
Sel nəticəsində yolun bağlanması turist qəbuluna təsir edib.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar