Xəbərin Kateqoriyası: Xəbərlər

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq?


Bu axşam Çempionlar Liqasının 1/8 mərhələsində keçiriləcək oyunlar arasında "Yuventus" - "Tottenhem" matçı daha böyük maraq doğurur desək, yanılmarıq.
Den.az Milli.Az-a istinadən xəbər verir ki, bunu nəzərə alan atv.az saytı bu oyuna proqnoz vermək üçün iki generala müraciət edib - DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinskiyə  və istefada olan hərbi general-mayor, Milli Qəhrəman Fəxrəddin Cabrayılova. Onların proqnozlarını oxucularımıza təqdim edirik.
Emin Şəkinski: "Hesab edirəm ki, bu  ağır qarşılaşmada qapılara çox qol vurulmayacaq və "Yuventus"un doğma azarkeşlərinin gözü önündə oynayacağını nəzərə alaraq, düşünürəm ki, italyanlar qalib gələcək 1:0. İngilislər Buffonun "qapısının qıfılını" sındıra bilməyəcəklər 
Fəxrəddin Cəbrayılov: "Yuventus"  artıq əvvəlki "Yuventus" deyil - bu, danılmaz bir faktdır. "Tottenhem" isə əksinə - hazırda yüksəliş dövrünü yaşayır və onların gözəl bombardiri də var - Harri Keyn. O, italyanların qapısına mütləq yol tapmalıdır!
Hansı generalın proqnozunun daha dəqiq olduğunu isə biz bu gecə biləcəyik. Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 23:45-də başlayır.

шаблоны для dle 11.2

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив