19 
iyn
2023
11:48
147

Azərbaycanda əhalinin borcları ARTIB

19 iyn, 2023
11:48
147

Azərbaycanda əhalinin borcları ARTIB

2023-ci ilin I rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib.

Den.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Hesabata görə, tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olub.

Bu ilin ilk rübündə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilib.
Belə ki, sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar