19 
iyn
2023
12:02
152

Raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olundu - VİDEO

19 iyn, 2023
12:02
152

Raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olundu - VİDEO

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində atəş tapşırıqları icra edilib.

Den.az xəbər verir ki, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə tapşırıqları yerinə yetiriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimdə bölmələr reaktiv yaylım atəşi sistemlərindən döyüş atışları icra ediblər.

Təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, raket və artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilidir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar