19 
iyn
2023
13:49
385

Azərbaycanda məşhur general-leytenant işdən çıxarıldı

19 iyn, 2023
13:49
385

Azərbaycanda məşhur general-leytenant işdən çıxarıldı

Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.

Den.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, müvafiq əmrlə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov başqa bir vəzifəyə keçməklə əlaqədar tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Hüseynov İsmayıl Xəlil oğlu 1974-cü ildə anadan olub. 1991-1996-ci illərdə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarəedilməsi fakultəsində iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 1995-ci ildən gömrük orqanlarında xidmətə başlayıb.

İsmayıl Hüseynov 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə edib. 2001-ci ildə hərbi xidmətdən təxris olunduqdan sonra gömrük orqanlarında xidməti fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışıb. 25 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar